Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Teleqüllədə intellektual ünvanlı yanğından mühafizə siqnalizasiya sistemi quraşdırılıb


Bakı Teleqüllə Kompleksində “İntellektual ünvanlı yanğından mühafizə siqnalizasiya” sistemi işə salınıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyindən verilən məlumata görə, sistemdə 764 ədəd  tüstüdən optik-elektron intellektual yanğın söndürmə xəbərverici quraşdırılıb.
 
Kompleks -26 səviyyəsindən +70 səviyyəsinə qədər əlavə 64 ədəd görüntü kameraları  ilə təchiz edilib.
 
Bundan əlavə, 20 ədəd müxtəlif növlü odsöndürən balon və 32 ədəd tam komplektli bir qapılı şkaf alınaraq kompleksin mərtəbələrində  su kranları olan yerlərdə  quraşdırılıb.
 
CAHANGİR




30/07/15    Çap et