Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən bahalı brendləri


Britaniya firması “Brand Finance” dünyanın ən bahalı brendlərinin siyahısını dərc edib.

“Brand Finance Global 100” reytinqinə iqtisadiyyatın bütün sahələrindən 100 aparıcı dünya brendi daxildir. Reytinqə “Google” brendi rəhbərlik edir, sonrakı yerləri “Apple” və “Microsoft” şirkətləri paylaşır.

Qiymətləndirmə zamanı brendin gücü, edilən risklər və rəqiblər ilə müqayisədə artım potensialı, həmçinin, son yarım ildə baş vermiş maliyyə, siyasi və iqtisadi dəyişikliklər əsas götürülüb.

Xatırladaq ki, əvvəlki hesabatda da “Google” birinci yerdə qərarlaşmışdı. “Google” brendi 48,28 milyard dollar qiymətləndirilib. Lakin “Apple” şirkəti 8-ci yerdən 2-ci yerə qədər yüksəlib. “Microsoft” isə reytinqdə 2-ci yerdən 3-cü yerə keçib.

İlk onluga, “İBM”, “Wal-Mart”, “Vodafone”, “General Electric”, “Toyota”, “AT&T” və “HSBC” şirkətləri daxil olub. Beləliklə, 10 yerdən 7-ni Amerika şirkətləri, 2-ni Britaniya və 1-ni isə yapon şirkəti tutur.

Həmçinin, onluqda yerləşən 7 şirkətin yüksək texnologiyalar sferasına aid olması da maraq doğurur.




13/09/11    Çap et