Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ay 30 minə yaxın nömrənin hansı mobil operatora daşındığı barədə istifadəçilərə məlumat verilib


İyul ayında istifadəçilər “Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” elektron xidmətindən  29650 dəfə faydalanıb.
 
“Elektron hökumət” portalında istifadədə olan adıçəkilən e-xidmət vasitəsi ilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə məlumat əldə etmək mümkündür və bu xidmət abunəçiyə etdiyi zəngin dəyərini hesablamaq imkanı verir.
 
Qeyd edək ki, Açıq Hökumət Məlumlatları portalında (data.gov.az) “Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” məlumat bazası açıq edilib və bu baza əsasında mobil tərtibat hazırlanıb.
 
Xatırladaq ki, ötən ilin fevral ayının 1-dən etibarən Azərbaycan ərazisində Mobil Nömrədaşıma Xidməti fəaliyyət başlayıb.
 
Bu xidmətdən faydalanaraq abunəçi istifadə etdiyi mobil telefon nömrəsini (şəbəkə kodu - 050, 051, 055, 070, 077 və nömrəni saxlamaq şərti ilə) bir mobil operatorun şəbəkəsindən çıxararaq digər mobil operatorun şəbəkəsinə keçirə bilər. 
 
CAHANGİR

 




31/07/15    Çap et