Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Obama dünyanın ən sürətli superkompüterinin hazırlanması ilə bağlı sərəncam imzalayıb
Prezident Obama ABŞ-ı 2025-ci ildə dünyanın ən sürətli kompüterini hazırlamağa səsləyən sərəncam imzalayıb.
Bu superkompüter indiki liderdən 20 dəfə daha sürətli işləyəcək. Saniyədə trilyon əməliyyat yerinə yetirəcək.
"ICTnews" elektron xəbər xidməti “riasv.ru” saytına istinadən bildirir ki, belə superkompüterin işlənməsi və quraşdırılması üçün Milli Strateji Hesablama Təşəbbüsü (“NSCI”) adlı təşkilat yaradılacaq.
ABŞ indikindən xeyli sürətli işləyən və elmi araşdırmalara kömək edən yeni superkompüterin yaradılması metodlarını axtarır.
Gözləntilərə görə, belə superkompüter daha dəqiq proqnozların tərtibi üçün hava məlumatlarını təhlil etməyə və ya rentgen şəklinin təhlili yolu ilə xərçəngi müəyyən etməyə kömək edəcək.
Xatırladaq ki, indi dünyanın ən sürətli kompüteri (“Tianhe-2”) Çinə məxsusdur. Bu superkompüter 33.86 petaflops məhsuldarlığa malikdir ki, bu da ABŞ-ın superkompüterinin göstəricisindən təxminən 2 dəfə yüksək nəticədir.
Emil Hüseynov
31/07/15 Çap et