Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ilədək Avropada satış həcminin 50 faizi internetlə həyata keçiriləcək


“Forrester Research” analitik şirkətinin tədqiqatına görə,2020-ci ilin sonunadək Avropada pərakəndə satışın 53 faizi onlayn həyata keçiriləcək.
 
Ekspertlərin fikrincə, 2020-ci ilədək Avropada pərakəndə satışın ümumi həcmi 704 milyard avroya çatacaq ki, bu da 2015-ci illə müqayisədə 247 milyard avro çoxdur.
 
Pərakəndə satış onlayn satışla birlikdə nəzərə alınsa, bu həcmin 947 milyard avroyadək artacağı gözlənilir ki, bu da Avropada pərakəndə satışın 53 faizi deməkdir. Onlayn satışın artması Cənubi Avropa ölkələrindən daha çox Şimali Avropada hiss olunacaq. Bu halda Böyük Britaniya internet vasitəsilə həyata keçirilən satışlarda ən böyük paya malik olacaq.
 
Tədqiqatda Avropanın yeddi ölkəsindən 13 mindən çox alıcı iştirak edib. Məlum olub ki, mobil qurğuların onlayn trafiki mobil alışların onlayn satışda payının 50 faiz olacağı dönüş nöqtəsinə doğru sürətlə hərəkət edir.
 
Avropada yaşlı alıcıların 21 faizi internetdə tez-tez mal axtardığı halda 26 faiz müntəzəm onlayn alışlar etmir. 2020-ci ilin sonunadək beş əsas kateqoriya pərakəndə satışın ümumi həcminin yarısından çoxunu təşkil edəcək. Bunlar bağçılıq, evlərin abadlaşdırılması, gözəllik və kosmetika, zərgərlik məmulatları və saatlar, ayaqqabı və geyimdir, -  “Payspacemagazine”
 
 




03/08/15    Çap et