Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Masaüstü əməliyyat sistemləri bazarında vəziyyət araşdırılıb
İnternet trafikinin təhlili ilə məşğul olan “NetMarketShare” xidməti əməliyyat sistemlərinin (ƏS) populyarlığını əks etdirən yeni statistikanı dərc edib. “Windows 7” ƏS-i əvvəlki kimi birinci pillədə qərarlaşıb.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2015-ci ilin iyuluna olan məlumata görə, bu platform dünyadakı fərdi kompüterlərin 60.75 faizinə quraşdırılıb. “Microsoft” korporasiyasının “Windows XP” platformasını dəstəkləməyi dayandırmasına baxmayaraq, bu ƏS-i noutbuk və masaüstü kompüterlərin 11.64 faizində quraşdırılıb.
“Windows XP” sistemi uzun müddət masaüstü ƏS-nin siyahısında ikinci pillədə qərarlaşıb. Yalnız 2015-ci ilin iyununda “Windows 8.1” sistemi “XP”ni ötüb.
Emil Hüseynov
03/08/15 Çap et