ABŞ korporasiyası “Uber” servisinə 100 milyon dollar investisiya yatırıb
ABŞ-ın “Microsoft” korporasiyası “Uber” xidmətinin maliyyələşdirilməsinin yeni raundunda iştirak edən şirkətlər sırasına daxil olub. Maliyyələşmənin yekunları üzrə taksi sifarişi servisinin dəyəri 50 milyard dollar qiymətləndirilib.
İyulun 31-də başa çatan investisiya sazişinə görə proqram təminatı istehsalçısı “Uber” servisinə 100 milyon dollar yatırıb. Servisə əvvəllər "Baidu”, “The Times Group” və “Goldman Sachs” kimi şirkətlər sərmayə qoyub.
Məlumat üçün qeyd edək ki, 2009-cu ildə yaradılan “Uber” şirkətinin mobil əlavəsi taksi və ya fərdi sürücüləri axtarmağa, sifariş və ödəniş etməyə imkan verir. 2014-cü ilin dekabrında şirkət 1,2 milyard dollarlıq investisiya cəlb edib və onun dəyəri 41 milyard dollar qiymətləndirilib, -
"DailyComm” yazır.