Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi “Malware Lab”-ı istifadəyə verib


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi “Malware Lab”-ı istifadəyə verib.


“ICTnews” elektron xəbər xidmətinin qurumun rəsmi saytına istinadən verdiyi məlumata əsasən, laboratoriyanın məqsədi Azərbaycanı hədəf alan zərərverici proqram təminatlarının analiz və müşahidə edilməsi, istifadəçilərin maarifləndirilməsi və bu sahədə yeni fəaliyyətə başlayan mütəxəssisləri ilkin analiz vasitələri ilə təmin edərək sahənin inkişafına dəstək verməkdir.

“Malware Lab” - özündə bir sıra funksionallıqları cəmləyən proqram təminatları ilə istifadəçilərə xidmət edəcək. Belə ki, xidmətin birinci hissəsi zərərverici kodların analizi sahəsində professional məşğul olmaq istəyənlər üçün əlverişli analiz alətlərini istifadəyə vermək olacaqsa, ikinci hissədə sadə istifadəçilərin də yararlana biləcəyi sadə interfeysli multifunksional (virus aşkarlama motoru-antivirus, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama – malware reporting, məlumatlandırma modulu – CERT news və s.) analiz proqramından ibarət olacaq.

“Malware Lab”-a aid layihələri “GitHub” səhifəsində izləmək olar:

Aynur Vəliyeva
 




04/08/15    Çap et