Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli onlayn xidmətlər portalının istifadəçilərinin sayı 180 mini keçib
“Hesab.az” onlayn xidmətlər portalının istifadəçilərinin sayı artıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, təkcə iyul ayı ərzində 5 min istifadəçi portalda qeydiyyatdan keçib.
Artıq portalda qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından yararlanan istifadəçilərin sayı ümumilikdə 180 mini ötüb.
“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsi ilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyalarının, həmçinin bir sıra bank kredit ödənişlərini həyata keçirə bilərlər. Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur.
Qeyd edək ki, “Hesab.az” portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.
CAHANGİR
04/08/15 Çap et