Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android Lollipop” versiyasının bazar payı sürətlə artır


3 avqust 2015-ci il tarixinə olan məlumata görə, “Android 5.0” və “5.1 Lollipop” mobil əməliyyat sistemi ilə işləyən cihazların bazar payı 18,1 faiz təşkil edib (aylıq artım 5,7 faiz olub).

"ICTnews" elektron xəbər xidməti “hi-tech.mail.ru” saytına istinadən bildirir ki, statistikaya əsasən, ən populyar “Anroid 4.4 KitKat” versiyasının bazar payı azalmağa davam edir. İndi 39,3 faiz cihaz bu mobil əməliyyat sistemi ilə işləyir. Lakin, sistemin mövqeyi möhkəmdir, çünki maydan etibarən platformanın bazar payı 0,5 faiz azalıb. “Android 2.3” və “4.0” versiyaları da mövqelərini itirməyə davam edir və indi müvafiq olaraq 4,6 və 4,1 faiz cihaz sözügedən sistemin bu versiyaları ilə işləyir.

Bundan əvvəl “Google” bildirmişdi ki, “Lollipop” “Android”in bütün əvvəlki versiyaları ilə müqayisədə daha sürətli yayılacaq. Hələ ki bu, güclü nəzərə çarpmır, ancaq şirkət “4.4 KitKat” versiyasından aşağı olan versiyalarla işləyən yeni aparatlar üçün öz xidmətlərini lisenziyalaşdırmır və istehsalçılar tezliklə ya “Android 5.0”, ya da “Google”un xidmətlərinin yoxluğu arasında seçim etməli olacaq.

Emil Hüseynov
 




04/08/15    Çap et