Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən ay fərdi məlumatlar üzrə 12 minə yaxın elektron arayış alınıb


“Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış” elektron xidməti öz aktuallığını qoruyub saxlayıb.
 
İyul ayında adıçəkilən elektron arayışdan 11933 dəfə istifadə olunub.
 
Vətəndaşlar bu e-arayış vasitəsi ilə kredit götürmək üçün bir sıra banklara və kredit təşkilatlarına müraciət edə bilərlər. 
 
E-arayışın əldə edilməsi üçün “Elektron hökumət” portalında autenfikasiyadan keçmək və həmin e-xidməti seçmək tələb olunur. Xidməti seçdikdən sonra “Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış” portal tərəfindən avtomatik olaraq formalaşdırılacaq. 
 
CAHANGİR






05/08/15    Çap et