Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir kabel televiziya operatoru abunə haqqını qaldırdı


“KATV1” kabel televiziyası 1 sentyabr 2015-ci il tarixindən paketlərin formalaşdırılmasına bəzi dəyişikliklər edəcək.

Dəyişikliklər abunəçilərə  kanalların yayım dili seçimini və istəyə görə kanal seçimindən ibarət yayım paketini formalaşdırmaq imkanı verir, eyni zamanda, “HD” paketinin daha da zənginləşdilməsinə şərait yaradır.

Əsas paketdə “əyləncəli”, “kinofilmlər” və “idman” formatlı populyar kanallar üstünlük təşkil edəcək. Yenilənmə abunəçilərə yeni kanalları rus, türk və ingilis dillərində izləmək imkanı yaradacaq.

“KATV1” kabel televiziyası yüksək keyfiyyətli yayımı təmin etmək üçün  “HD” qəbuledicilərə (resiverlərə) və yeni nəsil “Smart Box”-lara keçidi reallaşdırır.  “KATV 1”-in internet xidmətinin istifadəçiləri bu “Smart Box”-lar vasitəsi ilə şirkətin təqdim etdiyi kanalları 10 günlük arxiv ilə izləyə bilərlər.

Yuxarıda göstərilən dəyişiklikləri nəzərə alaraq 1 sentyabr 2015-ci il tarixindən təqdim olunan əsas paketin abunə haqqı 10 AZN təşkil edəcək.

RƏVAN




05/08/15    Çap et