Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfonun akkumulyatoru istifadəçini izləməyə imkan verir
Təhlükəsizlik məsələləri üzrə Belçika və Fransadan olan mütəxəssislər istifadəçinin smartfonu və hatta noutbukundakı akkumulyator sayəsində onu izləmək imkanı haqda məlumat dərc ediblər.
Veb-sayt məxfi məlumatları (məsələn, IP ünvan üzrə istifadəçini identifikasiya edə bilər, həmçinin asanlıqla istifadəçinin baxdığı səhifələri müəyyənləşdiə bilər) əldə edə bilər.
"ICTnews" elektron xəbər xidməti “mail.ru” saytına istinadən bildirir ki, “HTML5” texnologiyası bu imkanı yaradır, proqramlaşdırma dilinin spesifikasiyasında “Battery Status API” var ki, qurğunun akkumulyatoru haqda informasiyanı sayta ötürür. Bu modul ona görə lazımdır ki, resurslar cihazın şarjının səviyyəsinə uyğunlaşa bilsinlər: çox yüklənən modulları söndürmək və ya başqa optimallaşdırma üsullarından istifadə etmək mümkün olsun. “API” hər 30 saniyədən bir lazımi məlumatları əldə edir ki, bu da istifadəçini identifikasiya etmək üçün kifayətdir.
Tədqiqatın müəllifləri bildiriblər ki, bu funksiya ən azı “Firefox”, “Google Chrome” və “Opera” brauzerlərində dsətəklənir.
Mütəxəssislər bildirir ki, bu problemi asanlıqla həll etmək olar: sadəcə batareyanın sorğuları arasındakı vaxtı bir qədər çoxaltmaq lazımdır.
Emil Hüseynov
05/08/15 Çap et