Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar daha populyardır


Britaniyanın "Ofcom" telekommunikasiya tənzimləyici orqanının məlumatlarına əsasən, ölkədə internetdə işləmək üçün ən rahat qurğular qismində smartfonlar daha populyardır.
 
"ICTnews" elektron xəbər xidməti "bbc.com" saytına istinadən bildirir ki, 2014-cü ildə britaniyalıların 33 faizi internetə çıxış üçün əsas qurğu kimi smartfona, 30 faiz isə noutbuka üstünlük verib.
 
Bundan başqa, tənzimləyici orqanın məlumatına görə, ötən il britaniyalılar 1,2 milyard "selfi"  çəkiblər ki, bu da həmçinin mobil qurğuların populyarlığının artmasını göstərir.

Emil Hüseynov




06/08/15    Çap et