Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iOS” mobil platforması Avropada öz mövqeyini geri qaytarıb
"Kantar Worldpanel ComTech" analitik şirkətinin son məlumatlarına əsasən, "Apple iOS" mobil platforması Avropanın beş ən böyük bazarında (İspaniya, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya) öz bazar payını geri qaytarıb.
"ICTnews" elektron xəbər xidməti "apps4all.ru" saytına istinadən bildirir ki, ancaq "iOS" sistemi ABŞ-da öz payını itirir: ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8-dən 30,5 faizədək azalıb.
Çində "Apple"ın mobil əməliyyat sisteminin bazar payında artım (12.8-dən 20.1 faizədək) müşahidə olunur.
Emil Hüseynov
06/08/15 Çap et