Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi ilin sonunadək “Virtual sınaq” xidmətini istifadəyə verəcək
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (KİMM) oktyabr-noyabr aylarında "Virtual sınaq" (CTF) xidmətini istifadəyə verəcək.
Mərkəzdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata əsasən, hazırda biz virtual serverlərin və kadrların hazırlanması istiqamətində müvafiq işlər aparırıq və yaxın bir neçə ay ərzində xidmət istifadəyə veriləcək.
"Virtual sınaq" xidməti bütün dünyada məşhur olan CTF (Capture the flag) yarışması formatında çətinliklər blokundan ibarət tapşırıqlardan təşkil olunacaq.
KİMM-in mütəxəssislərinin sözlərinə əsasən, bu sahədə marağı olanlar əlverişli və hədiyyəli olacaq mərhələləri keçməklə həm öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər, həm də keçilən mərhələlərə uyğun yığdıqları xallarla (müəyyən baryeri aşa bilənlər) işləmək və ya praktika keçmək məqsədi ilə mərkəzə müraciət edə biləcəklər.
Aynur Vəliyeva
06/08/15 Çap et