Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çin ən böyük internet şirkətlərinin daxilində kiber polis bölmələri yaradacaq
"Bloomberg" nəşri "Sinxua" agentliyinə istinadən yazır ki, Çin hakimiyyəti ölkənin ən böyük internet şirkətlərinin daxilində "şəbəkə təhlükəsizliyi" bölmələri yaratmaq niyyətindədir.
"ICTnews" elektron xəbər xidməti "interfax.ru" saytına istinadən bildirir ki, kiberhücum və cinayət fəaliyyəti ilə mübarizə, həmçinin istifadəçilərin informasiyanın mühafizəsi yeni əməkdaşların vəzifəsi olacaq.
Kiber polis xidmətindən istifadə edəcək şirkətlərin adı açıqlanmır. Çin bazarının ən böyük oyunçuları "Alibaba" internet mağazası, "Tencent" internet şirkəti və "Baidu" axtarış sistemidir.
Nəşr xatırladır ki, Çin hökuməti internetə nəzarət edir, pornoqrafiya, müxalifət saytlarını və dövlət üçün zərərli sayılan istənilən informasiyanı bloklayır. Hazırda ölkədə ictimai təhlükəsizliyə təhdid zamanı milli və regional hakimiyyətə internetə çıxışı söndürmək hüququ verən qanun layihəsi müzakirəyə çıxarılıb.
Məlumat üçün bildirək ki, Çində 668 milyon internet istifadəçisi var.
Emil Hüseynov
06/08/15 Çap et