“Apple” şirkəti virtual mobil operator olmaq niyyətində olduğunu təkzib edib
“Apple” şirkəti virtual mobil operator olmaq niyyətində olduğu haqda şayiələri təkzib edib.
“ICTnews” xəbər xidmətinin “
www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkətin Avropada və ABŞ-da bununla bağlı danışıqlar aparması ilə bağlı “Business Insider” və bir sıra digər məlumat kanallarında şayiələr yayılıb.
Biznesin yeni istiqamətinin açılmasının səbəbi kimi “Apple” şirkətinin istifadəçilərə rabitə xidmətləri üzərində nəzarəti vasitəsi ilə birbaşa çıxış imkanını əldə etmək istəyi bildirilib.
Baxmayaraq ki, adətən “Apple” bu cür şayiələri şərh etmir, bu dəfə şirkət rəsmi təkzib ilə çıxış edib.
Aynur Vəliyeva