AZƏRTAC xəbər verir ki, BMT-nin Azərbaycanın bir sıra dövlət qurumları ilə reallaşdırdığı bəzi layihələri davam etdirəcəyini deyən A.Broek hazırda beş illik əməkdaşlıq planı üzərində iş aparıldığını bildirib və əlavə edib ki, bu, 2016-2020-ci illəri əhatə edəcək.
Diqqətə çatdırılıb ki, cari ilin sentyabrında BMT Azərbaycan üçün yeni dövlət proqramını təsdiq edəcək. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə davam edən proqram isə uzunmüddətlidir və hazırda yüksək səviyyədə icra olunur.
Vurğulanıb ki, BMT Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Ötən il gənclər siyasəti ilə bağlı reallaşdırılan tədbir də əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir.
Rezident əlaqələndirici qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları və təcrübəsi kifayət qədər çoxdur. Bu potensial ölkənin davamlı inkişafına imkan verir.