2015-ci ildə dünya İT xərcləri 3.5 trilyon dollar təşkil edəcək
“Gartner” tədqiqat şirkətinin analitikləri 2015-ci ildə dollara nisbətdə daha böyük azalma nümayiş etdirəcək dünya informasiya texnologiyaları bazarının beş seqmentinin adını açıqlayıb.
-
Korporativ proqram təminatı
“Gartner”in analitikləri hesab edirlər ki, 2015-ci ildə korporativ proqram təminatına sərf olunan xərclər 1,2 faiz azalaraq 310 milyard dollar təşkil edəcək. 2014-cü ildə bu seqmentin artımı 5.7 faiz olub.
Proqram təminatı şirkətləri öz məhsulları üçün qiymət artımının qarşısını almaq üçün mümkün olanı edəcək.
-
Məlumat mərkəzləri üçün sistemlər
2015-ci ildə məlumat mərkəzləri üçün şəbəkə avadanlığı və məlumatların saxlanılması sistemlərinə sərf olunan xərclər 3.8 faiz azalaraq 136 milyard dollar təşkil edəcək. Ötən il bu göstərici 142 milyard dollar təşkil edib.
-
İT xidmətləri
Gözləntilərə görə, 2015-ci ildə İT xidmətlər üzrə qlobal xərclər 914 milyard təşkil edəcək ki, bu da 2014-cü illə müqayisədə 4,3 faiz azdır. Müqayisə üçün, 2014-cü ildə artım 1,9 faiz təşkil edib.
“Gartner”in analitikləri hesab edirlər ki, yaxın iki ildə sifarişçilər konsaltinq xidmətlərinə xərclərini artıracaq. Ekspertlər bildirir ki, indi şirkətlərin əksəriyyəti “bulud” xidmətlərini effektiv tətbiq edərək passiv gəlir əldə edə bilmir. Məhz konsultantlar bu işdə şirkətlərə kömək edə bilərlər.
-
Qurğular
2015-ci ildə qurğulara sərf olunan xərclər 5,7 faiz azalaraq 654 milyard dollar təşkil edəcək. Müqayisə üçün, 2014-cü ildə artım 2,4 faiz təşkil edib.
Analitiklər dünya smartfon bazarının artımını vurğulayıb. Bu, “Apple iPhone” smartfonlarına yüksək tələbatla izah olunur. Eyni zamanda fərdi kompüter (FK) və planşetlərin satış həcmi azalır.
FK bazarına əsas təsir amilləri dolların kursunun möhkəmlənməsi və “Windows 10” sisteminin çıxarılmasıdır, nəticədə pərakəndə şəbəkələr 2015-ci il iyulun sonunda sözügedən platformanın çıxışı ərəfəsində satrın almaların həcmini azaldıblar.
-
Rabitə xidmətləri
“Gartner”in proqnozuna əsasən, 2015-ci ildə dünya rabitə xidmətlərinə sərf olunan xərclər 7,2 faiz azalacaq. Bu seqmentin həcmi 1,5 trilyon dollar təşkil edəcək. Ötən il bu göstərici 1.6 trilyon dollar olub. Müqayisə üçün, 2014-cü ildə bu seqment 0,2 faiz artım göstərib. Ekspertlərin sözlərinə görə, 2015-ci ildə rabitə xidmətləri seqmentində daha çox azalma qeydə alınacaq: rabitə xidmətləri üzrə qiymət azalması və rəqabətin artması səbəbindən. Ən iri bazarlarda rabitə xidmətlərinin istehlakı yüksəlməsinə baxmayaraq, azalma qeydə alıanacaq.
2015-ci ildə dünya İT xərcləri 3.5 trilyon dollar təşkil edəcək. 2014-cü ildə bu göstərici 3,7 trilyon dollar olub. Azalma 5,5 faiz təşkil edəcək. 2014-cü ildə İT xərclərinin artımı 1,6 faiz təşkil edib.
Emil Hüseynov