Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalında aktual olan daha bir elektron arayışın adı açıqlanıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Elektron hökumət” portalında aktual olan daha bir elektron arayışın statistikasını açıqlayıb.
 
Statistikaya əsasən, iyul ayı ərzində vərəndaşlar “İş yerinə dair arayış” elektron xidmətindən 18547 dəfə faydalanıb.
 
Bu elektron arayış vətəndaşlara kredit götürmək üçün bir sıra banklara və kredit təşkilatlarına müraciət etmək imkanı verir.
 
“İş yerinə dair arayış”ın əldə edilməsi üçün “Elektron hökumət” portalında autenfikasiyadan keçmək tələb olunur.
 
CAHANGİR
 




07/08/15    Çap et