Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropada dördüncü böyük operator yaradılacaq
“Vimpelcom” və “Hutchison” şirkətləri Avropada miqyasına görə dördüncü operatoru yaradacaqlar.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətlər İtaliyada fəaliyyət göstərən “Wind Telecomunicationi” və “Three Italia” törəmə şirkətlərinin birləşdirilməsi haqda razılaşma imzalayıblar.
“VimpelCom” şirkəti üçün bu işbirliyi İtaliyada son 8 il ərzində ən iri razılaşmadır. Söhbət İtaliyanın üçüncü və dördüncü operatorlarının birləşdirilməsindən gedir.
Birləşmənin nəticəsi olaraq, ölkədə müştəri sayına görə ən iri mobil operatorun yaranması baş verəcək.
Aynur Vəliyeva
07/08/15 Çap et