Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın “Elektron hökumət” modeli xaricdə təhsil alan tələbələrimiz üçün diplom işi mövzusu olub


Xaricdə təhsil alan bir sıra tələbələrimiz dünyada və Azərbaycanda “Elektron hökumət”lə bağlı araşdırmalar aparıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, bu araşdırmalarının nəticəsi olaraq bir neçə tələbə Azərbaycanın “Elektron hökumət” modeli barədə diplom işi yazırlar. 
 
Elektron hökumət” portalının operatoru olaraq MHM tərəfindən tələbələrin bu təşəbbüsü yüksək qiymətləndirilib.
 
Azərbaycanın “Elektron hökumət” modeli ilə bağlı  tələbələrin cavab almaq istədikləri bütün suallar ətraflı cavablandırılıb və onlara lazımi məlumatlar verilib.
 
CAHANGİR




07/08/15    Çap et