Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Asus” güclü akkumulyatora malik smartfonunu nümayiş etdirib
“Asus” şirkəti yeni “ZenFone Max” smartfonunu nümayiş etdirib. Daxili akkumulyatorun tutumunun 5000 milliamper/saat olması cihazın əsas özəlliyidir.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “Asus”un yeni smartfonu “Gorilla Glass 4” şüşəsi ilə qorunmuş 5,5 düymlük diaqonala malik ekran, 1,2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 410” prosessoru ilə təchiz edilib. Qurğunun əməli yaddaşının tutumu 2 QB, daxili yaddaş isə 16 QB-dır. Həmçinin yaddaş kartları üçün slot nəzərdə tutulub.
Smartfonun əsas kamerası 13 meqapiksellik təsvir ölçüsünə malikdir, lazer avtofokusu və və ikiqat “LED” işıqlandırıcı ilə təchiz edilib. Ön sensorun təsvir ölçüsü 5 meqapikseldir. Smartfon “Zen UI 2.0” interfeysinə malik “Android 5.0 Lollipop” mobil platforması ilə işləyir.
“ZenFone Max” smartfonunun oktyabrda satışa çıxarılacağı gözlənilir.
Emil Hüseynov
07/08/15 Çap et