Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tayland sakini sosial şəbəkədə monarxı təhqir etdiyinə görə 30 il müddətinə həbs edilib


Bankokda  yerləşən hərbi tribunal Taylandın Kançanaburi əyalətinin sakinini “Facebook” sosial şəbəkəsində monarxı təhqir etdiyinə görə 30 il  müddətinə həbs cəzasına məhkum edib. Bu haqda "Khaosod" qəzeti yazıb.
 
"ICTnews" elektron xəbər xidməti “interfax.ru” saytına istinadən bildirir ki, Banqkokun hərbi məhkəməsi 48 yaşlı kişinin “Facebook” sosial şəbəkəsində dərc etdiyi altı post təhqiredici şərhlər və şəkillərdən ibarət olub.
 
Əvvəlcə onu 60 il müddətinə həbs (hər post üçün 10 il) cəzasına məhkum ediblər. Lakin öz günahını etiraf etdikdən sonra, həbs müddəti iki dəfə azaldılıb.
 
Emil Hüseynov




07/08/15    Çap et