Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mərkəzi Elmi Kitabxanq vahid kitabxana idarəetmə sisteminin ilk modullarının daxili təqdimatını keçirib
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında vahid kitabxana idarəetmə sisteminin ilk modullarının təqdimatı və müzakirəsini həyata keçirilib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla Bəkirin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, tədbirdə kitabxananın proqramçıları tərəfindən hazırlanan proqram təminatının ilk 4 modulu daxili heyətə təqdim edilib və müzakirələr aparılıb.
"Ümumilikdə sistem 200 moduldan ibarət olacaq. Sistemin təkcə kitabxana hissəsi 50-60 modul təşkil edəcək. Bu il sentyabrın sonuna qədər biz sistemin kitabxana hissəsini tam istifadəyə verməyi planlaşdırırıq", - deyə Mərkəzi Elmi Kitabxanasının direktoru bildirib.
Aynur Vəliyeva
08/08/15 Çap et