Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda iyulda 20 minə yaxın sığortaolunan onlayn uçota alınıb


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) "Sığortaolunanın onlayn uçota alınması" elektron xidməti "Elektron hökumət" portalı (e-gov.az) üzərindən iyul ayında ən çox istifadə olunan 20 e-xidmət sırasında yer alıb.
 
 "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, ötən ay  bu xidmətdən 19900 dəfə istifadə olunub.
 
Bu xidmət vasitəsi ilə  sığortaolunanların məcburi dövlət sosial sığorta sistemində onlayn uçotu həyata keçirilir.
 
Elektron xidmətin göstərilməsi nəticəsində Dövlət Sosial Müdafiə Fondunun departamentləri, rayon (şəhər) şöbələri,  Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri sığortaolunanlar haqqında sığortaedən tərəfindən təqdim edilmiş elektron ərizələrə əsasən hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açır.  Onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsini rəsmiləşdirir.
 
İstifadəçiləri hüquqi və fiziki şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir.
 
CAHANGİR




10/08/15    Çap et