Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfonlar adi mobil telefonları geridə qoyur
Qərbi Avropada smartfon tədarükləri ilk dəfə olaraq adi mobil telefon tədarüklərini ötüb. Analitiklərin proqnozuna əsasən, 2015-ci ilədək smartfonların bazarda tədarükü daha da artacaq.
2011-ci ilin ikinci rübündə Qərbi Avropa bazarına 21,8 milyon smartfon tədarük olunub, bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 48% çoxdur.
Halbuki sadə mobil telefonlar 20,4 milyon tədarük olunub, bu isə keçənilki göstərici ilə müqayisədə 29% azdır. “İDC”-nin məlumatına görə, ümumilikdə 42,2 milyon mobil qurğu tədarük olunub, bu göstərici ildən-ilə 3% azalır.
Analitiklərin məlumatına əsasən, göstərilən dövrdə smartfonların Qərbi Avropaya tədarükləri ilk dəfə olaraq adi mobil telefon tədarüklərini ötüb.
Cari ilin ikinci rübündə Qərbi Avropaya tədarük olunan mobil qurğuların 52%-ni smartfonlar təşkil edib. Bu halda “Android”-in payı 48,5% təşkil edib; göstərilən dövrdə Avropa satış kanallarına “Google”-un əməliyyat sistemi ilə 10.5 milyon smartfon tədarük olunub.
“Samsung” şirkəti 22% bazar payı ilə seqmentin lideridir. Keçən ilin analoji dövrü ilə müqayisədə şirkətin tədarükləri 8 dəfə artaraq 4,8 milyon qurğu olub . “Apple” şirkəti istehsal etdiyi 4,6 milyon “iPhone” ilə azca geri qalır.
“HTC”, “Research in Motion” və “Nokia” şirkətləri müvafiq olaraq 3-cü, 4-cü və 5-ci yerləri tuturlar.
“Samsung” 33%-lə bazarda birinci yeri tutur. İkinci yeri 21%-lə “Nokia” şirkəti tutur. Üçüncü yerdə “Apple” şirkətidir (11%). “HTC” və “Research in Motion” (hər iki şirkətin payı 7%-dir) şirkətləri müvafiq olaraq dördüncü və beşinci yerləri tuturlar.
13/09/11 Çap et