Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İyulda pensiya kapitalı barədə elektron qaydada məlumat alan sığortaolunanların sayı 8 mini ötüb


İyul ayında “Elektron hökumət” portalı üzərindən 8 mindən çox  sığortaolunana pensiya kapitalı barədə məlumat verilib.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay vətəndaşlar  Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi “Sığortaolunanlara məlumatların verilməsi” xidmətindən 8117 dəfə istifadə edib. İyun ayı ilə müqayisədə iyulda sığortaolunanlara məlumatın verilməsi xidmətindən istifadə sayında artım müşahidə olunub. Belə ki, iyunda bu xidmətdən 7805 dəfə yararlanıblar.
 
 
Sözügedən xidmət vasitəsi ilə sığortaolunanlar fərdi şəxsi hesablarında əks olunan  pensiya kapitalı barədə məlumatı əldə edirlər.
 
 
İstifadəçiləri fiziki şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz olaraq həyata keçirilir.
 
 
CAHANGİR




11/08/15    Çap et