Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” yeni şirkət yaratdı
“Google” korporasiyası bütün xidmətlər üçün yeni “Alphabet” şirkətinin yaradılmasını elan edib.
ABŞ-ın multimedia nəhənginin qurucusu Larri Peyc iddia edir ki, korporasiyanın yeni strukturu brendləri idarə etmə üzrə mövcud sxemi sadələşdirəcək.
"ICTnews" elektron xəbər xidməti “bbc.com” saytına istinadən bildirir ki, “YouTube” və “Android” kimi tanınmış brendlər, həmçinin internetdə axtarış “Google” brendi altında fəaliyyət göstərəcək.
İnvestisiya və tədqiqat bölməsi “Alphabet” şirkətinin idarəsi altına keçəcək.
Yeni plana əsasən, Larri Peyc “Alphabet” şirkətinin icraçı direktoru olacaq, Sandar Piçay isə “Google”un idarə sədri vəzifəsinə keçəcək.
“Google”un həmtəsisçisi Serqey Brin “Alphabet” şirkətinin prezidenti vəzifəsini icra edəcək.
Emil Hüseynov
11/08/15 Çap et