Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən ay stasionar telefonların servisə qoşulması ilə bağlı 250-dən artıq elektron müraciət edilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Telefonun servislərə qoşulması” elektron xidmətinin iyul ayındakı  istifadə statistikası açıqlanıb.

 
RYTN-in Məlumat Hesablama Mərkəzinin açıqladığı statistikaya əsasən, ötən ay əhali  “Elektron hökumət” portalı üzərindən e-xidmətdən 253 dəfə faydalanıb.
 
Elektron xidmət istifadəçilərə “10 saniyə gözləmə ilə birbaşa rabitə”, “abunəçi cavab vermədikdə yönləndirmə”, “giriş zənglərinin bağlanması (narahat etmə)”, “konfrans rabitə”, “müəyyən vaxta xatırlama zəngi”, “qısaldılmış nömrə yığma”, “zənglərin şərhsiz yönləndirilməsi” və s.  20-dən artıq servis təqdim edir. 
 
Servislərə qoşulma ilə yanaşı e-xidmətdən istifadə edərək onlardan imtina etmək də mümkündür.
 
CAHANGİR




11/08/15    Çap et