Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2015-ci ildə reklam bloklayan proqramlar elan verənlərə 22 milyard dollar zərər vurub
“Adobe” və “PageFair”in birgə hesabatına əsasən, 2015-ci ildə istifadəçilərin öz qurğularına reklam bloklayan proqram təminatı quraşdırmasına görə elan verənlər 21,8 milyard dollar məbləğində zərərə məruz qalıb.
Bütün dünyada reklamı bloklayan proqram təminatının auditoriyası 21 milyondan (2009) 198 milyon aktiv istifadəçiyədək (2015) artıb.
"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, dünya miqyasında bu xidmətlərin auditoriyası illik müqayisədə 41 faiz yüksəlib.
“ComScore” tədqiqat şirkətinin məlumatına görə, ABŞ-da internet istifadəçilərinin sayı təxminən 250 milyon nəfər təşkil edir. “Adobe” və “PageFair” şirkətlərinin məlumatına əsasən, onların təxminən 18 faizi reklamı bloklayır.
Hesabata əsasən, növbəti il elan verənlərin zərəri 41,4 milyard dollar təşkil edəcək.
Emil Hüseynov
11/08/15 Çap et