Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda tərcüməçilərin məlumat reyestri yaradılıb
Tərcüməçilərin məlumat reyestrinə qeydiyyat davam edir.
Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ölkəmizdə və xaricdə fəaliyyət göstərən tərcüməçilərə müraciət edib.
Mərkəzdən verilən məlumata görə, məlumat reyestrinə daxil olmaq istəyən tərcüməçilərdən sənədlərin Ə.Topçubaşov 74 yaxud “info@aztc.gov.az” elektron ünvanına göndərilməsi xahiş olunur.
Tələb olunanlara şəxsiyyət vəsiqəsinin surəti, 2 ədəd fotoşəkil, diplomun surəti, əlaqə telefonu və elektron ünvan daxildir.
Qeyd edək ki, ətraflı məlumat üçün “aztc.gov.az” və “achiqkitab.az” saytlarının “Tərcüməçilərin məlumat reyestri” bölməsinə baxmaq olar.
CAHANGİR
11/08/15 Çap et