Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhsil Nazirliyinin elektron xidmətinin inzibati reqlamentində dəyişiklik olunub


Təhsil Nazirliyinin Kollegiyası “Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament”ində dəyişiklik edib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, dəyişiklik “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 2 fevral tarixli 1012 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə edilib.
 
Dəyişikliyə əsasən, inzibati reqlamentin 2.2-ci bəndinin səkkizinci və onuncu abzasları aşağıdakı redaksiyada verilib:
 
“Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti”
“VÖEN: 1403006271”
 
 
Əvvəlki redaksiyada deyilirdi:
 
 
“Bakı şəhəri Vergilər Departamenti”
 “VÖEN: 1400305751”
 
 
CAHANGİR
 
 




12/08/15    Çap et