Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan beynəlxalq radiotezlik çeşidinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsində təmsil olunacaq
Sentyabrın 7-11-də Moskvada Regional Rabitə Birliyinin radiotezlik çeşidinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiyasının və bu il keçiriləcək Ümumdünya radiorabitə konfransına hazırlıq üzrə işçi qrupunun iclaslarının keçirilməsi nəzərdə tutulur.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyini infrastrukturun inkişafı şöbəsinin baş mütəxəssisi və Regional Rabitə Birliyinin radiotezlik çeşidinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiyasının sədr müavinlərindən biri olan Qulam Abdullayev təmsil edəcək.
Sentyabrın 7-10-dək 2015-ci ildə keçiriləcək Ümumdünya radiorabitə konfransına hazırlıq üzrə işçi qrupunun, sentyabrın 11-də isə Regional Rabitə Birliyinin radiotezlik çeşidinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiyasının iclasları keçiriləcək.
Tədbirlər çərçivəsində Ümumdünya radiorabitə konfransının gündəliyi, RRB üzv ölkələrinin rabitə administrasiyalarının əlavə təklifləri və eyni zamanda 2015-ci ildə Radiorabitə Assambleyasına hazırlıq məsələləri müzakirə ediləcək.
Aynur Vəliyeva
12/08/15 Çap et