Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Acer” və “Asustek Computer” şirkətləri hesabat veriblər
“Acer” və “Asustek Computer” şirkətləri avqust ayının nəticələri haqqında hesabat veriblər. Hər iki Tayvan istehsalçısında 2011-ci ilin iyul ayı ilə müqayisədə gəlir artımı qeyd olunub.
“Asustek” şirkəti bildirib ki, avqust ayında ümumi mədaxili 1,15 milyard ABŞ dolları olub, bu isə keçən ayın göstəricisini 4,43% və illik göstəricini isə 26,95% ötür.
“Acer” şirkətinə gəlincə, onun avqust ayında ümumi gəliri təxminən 1.09 milyard dollar təşkil edib, bu isə keçən ayın göstəricisini 3,06% ötür. Bununla belə, 2010-cu ilin analoji dövrü üçün rəqəmlərin müqayisəsi mədaxilin 40% azalmasını göstərir.
13/09/11 Çap et