Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan Muxtar Respublikasında genişzolaqlı internet və “4G” şəbəkəsi genişləndirilir


Azərbaycanın Naxçıvan Muxtar Respublikasında "Naxtel" operatorunun baza stansiyalarında "4G" şəbəkəsi qurulur.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, ötən ay Naxçıvan, Şərur, Babək, Culfa, Ordubad və Şahbuz rayonlarının kəndlərində və ərazilərində bir sıra yeni "4G" baza stansiyaları qurularaq istifadəyə verilib.

Eyni zamanda, Muxtar Respublikada "Elektron hökumət" portalında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin elektron xidmətlərinə müvafiq dəyişikliklər edilib.
 

Aynur Vəliyeva




12/08/15    Çap et