Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan MR-ə daxil olan internet trafikin həcmi 10 Gb/s-dək artırılıb


İyul ayında Naxçıvan Muxtar Respublikasına daxil olan internet trafikin həcmi 10 Gb/s-dək artırılıb.

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu sahədə görülən işlər internet istifadəçilərinin sayına da öz təsirini göstərib. Belə ki, ötən ay 435 yeni abunəçi genişzolaqlı ADSL texnologiyasından istifadə etməyə başlayıb.
 
Bu dövrdə Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində kompüter kursları üzrə 37 dinləyici təhsilini davam etdirib.
 
CAHANGİR
 




12/08/15    Çap et