Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter” şəxsi mesajlarda 140 simvol məhdudiyyətini aradan qaldırıb
“Twitter” şəxsi mesajlara qoyulmuş 140 simvol məhdudiyyətini aradan qaldırıb. İndi istifadəçilər öz aralarında istənilən uzunluqlu mətnlər paylaşa bilər. Bu haqda “USA Today” nəşri yazıb.
Bu dəyişiklik avqustun 12-dən “Twitter”in bütün mobil proqramları, həmçinin sosial şəbəkənin saytından yazan istifadəçilər üçün əlçatandır.
Standart ictimai mesajlara qoyulmuş məhdudiyyət (140 simvol) isə saxlanılır.
Qısa mesajlarla paylaşmağa imkan verən “Twitter” mikrobloqlar xidməti 2006-cı ilin iyulunda istifadəyə verilib. 2011-ci ildə xidmətin aktiv istifadəçilərinin auditoriyası ilk dəfə 100 milyonu ötüb.
Hazırda bu göstərici təxminən 302 milyon nəfər təşkil edir. Bütövlükdə “Twitter”də 500 milyondan çox istifadəçi qeydiyyatdan keçib.
Emil Hüseynov
13/08/15 Çap et