Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RYTN Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş bütün e-xidmətlərini saytında və “Elektron hökumət” portalında yerləşdirib


"Elektron hökumət" bülleteninin  avqust buraxılışında "Elektron hökumət" portalındakı (e-gov.az) e-xidmətlərin Azərbaycan Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı ilə növbəti müqayisəli təhlili aparılıb.
 
 "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu siyahıda digər dövlət qurumları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) də 16 xidmətini görmək olar.
 
RYTN-in təsdiq olunmuş 16 elektron xidmətdən hər biri  "Elektron hökumət" portalında yerləşdirilib.
 
Ümumilikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 35 elektron xidməti portal üzərindən istifadə olunur.
 
RYTN-in rəsmi internet səhifəsində (mincom.gov.az) isə 26 elektron xidmət istifadədədir. Nazirliyin Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısında olan 16  xidməti saytda yerləşdirilən 26 xidmət sırasında yer alır.
 
CAHANGİR




13/08/15    Çap et