Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi 2 dəfə artıb
Azərbaycanda bu ilin yanvar-iyul aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 7,2 milyon manat təşkil edib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 93 faizini hüquqi şəxslərin, 7 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,6 faizini qeyri-ərzaq malları təşkil edib.
Ümumilikdə hesabat dövründə pərakəndə ticarət subyektlərində istehlakçılara 14 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz çox əmtəə satılıb.
Aynur Vəliyeva
13/08/15 Çap et