Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt”un bank-maliyyə xidmətlərindən əldə etdiyi gəlirlər 20% artıb


Azərbaycanın milli poçt operatoru "Azərpoçt"un bu ilin əvvəlindən göstərdiyi xidmətlərindən əldə olunan gəlirinin ümumi həcmi 16 milyon manat təşkil edib.


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin infrastrukturun inkişafı şöbəsi, poçt sektorunun müdiri Novruz Məmmədovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə "Azərpoçt"un məhz bank-maliyyə xidmətlərinin göstərilməsindən əldə edilən gəliri 20 faiz artıb.
 
N. Məmmədovun sözlərinə əsasən, bu gün "Azərpoçt"un ümumi gəlirlərinin 50 faizi məhz maliyyə və bank xidmətlərinin göstərilməsindən əldə olunur.
 
Qeyd edək ki, "Azərpoçt"un maliyyə və bank xidmətlərindən əldə etdiyi gəlirlərin həcmi 2010-cu ildə cəmi 170 min manat təşkil edib. Növbəti illərdə "Azərpoçt" bu xidmət seqmentindən əldə etdiyi illik gəlirin 20-30% artırılmasını qarşısında hədəf qoyub.



Aynur Vəliyeva
 





13/08/15    Çap et