Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsmayıllıda Turizm İnformasiya Mərkəzi yaradılıb


Turizm potensialı yüksək olan İsmayıllı rayonunda Turizm İnformasiya Mərkəzi yaradılıb.
 
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində açılan mərkəz bölgədə daxili turizmin inkişaf etdirilməsinə, yerli və xarici turistlərin rayona cəlb olunmasına xidmət göstərəcək.
 
Mərkəz, habelə informasiya texnologiyaları vasitəsilə bölgənin turizm potensialı barədə dünyanın hər yerinə ətraflı məlumatlar göndərəcək, sorğuları cavablandıracaq.  
 
Nazirlikdən bildirilib ki, rayon ərazisində turistlər üçün maraqlı olan 233 tarix və mədəniyyət abidəsi mövcuddur.
 
 Onlardan biri - Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu dünya əhəmiyyətli, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətlidir. 73 tarix və mədəniyyət abidəsi isə yeni aşkar olunub.
 
 
Həqiqət İSABALAYEVA




13/08/15    Çap et