Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İkinci beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycanın pilotsuz uçuş aparatları nümayiş etdiriləcək


2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisində aviasiya radioelektronikası və hərbi təlim sistemləri nümayiş etdiriləcək.
 
Sərginin digər bölmələri üzrə naviqasiya və radiolokasiya sistemləri; komanda vermə və idarəetmə sistemləri; hərbi təyyarələr, vertolyotlar və pilotsuz uçuş aparatları; raketlər və HHM (hava hücumundan müdafiə) sistemləri; korporativ və fərdi təhlükəsizlik sistemləri, kəşfiyyat, fövqəladə hallar üçün nəzərdə tutulmuş avadanlıq və texnologiyalar və s. sistemlərin nümayişi nəzərdə tutulur.
 
 
Təşkilat Komitəsindən qeyd edilib ki, “ADEX-2016” 27-30 sentyabr tarixlərində baş tutacaq.
 
 
Həqiqət İSABALAYEVA




13/08/15    Çap et