Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” öz ödəmə xidmətini təqdim edib


Cənubi Koreyanın “Samsung” şirkəti “Samsung Pay” ödəmə xidmətini təqdim edib.

"Yeni telefonlarda “Samsung Pay” sistemindən istifadə etmək mümkün olacaq və ilk gündən demək olar hər yerdə qəbul ediləcək" – şirkətin prezidenti deyib.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, şirkətin planlarına əsasən, yeni ödəmə sistemi avqustun 20-dən Cənubi Koreyada, sentyabrın 28-dən ABŞ-da işləməyə başlayacaq. Yaxın gələcəkdə “Samsung Pay” xidmətinin Çin, İspaniya, Böyük Britaniya və başqa ölkələrdə işə salınması planlaşdırılır. Ödəmə xidmətinin təhlükəsizliyi “Samsung Knox” sisteminin hesabına təmin olunacaq.

Hazırda “MasterCard”, “Visa” və “American Express” ödəmə sistemləri yeni xidmət çərçivəsində “Samsung”un tərəfdaşlarıdır. Cənubi Koreya şirkəti, həmçinin “Bank of America”, “Citi”, “JPMorgan Chase” və “U.S. Bank” ilə əməkdaşlıq edir.

Emil Hüseynov




14/08/15    Çap et