Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərpoçt"da kreditlərin verilməsi və depozitlərin qəbulu ilə bağlı xidmətlərin göstərilməsi üçün qanunvericilikdə dəyişikliklər tətbiq edilməlidir
Azərbaycanın milli poçt operatoru “Azərpoçt” nəzərdə tutduğu yeni maliyyə xidmətlərini ən tezi gələn il tətbiq edə biləcəyini bildirib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnfrastrukturun inkişafı şöbəsi poçt sektorunun müdiri Novruz Məmmədovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu təklifləri Azərbaycan Mərkəzi Bankına təqdim edib və "Azərpoçt"da kreditlərin verilməsi və depozitlərin qəbulu ilə bağlı xidmətlərin göstərilməsi üçün qanunvericilikdə dəyişikliklər tətbiq edilməlidir.
“Bu ilin sonuna kimi bu məsələ gündəmdə deyil, çünki ən azından qanunvericilikdə dəyişikliklər edilməlidir ki, biz bu xidmətləri göstərməyə başlayaq”, - deyə N. Məmmədov qeyd edib.
Milli poçt operatoru ölkənin maliyyə xidmətləri bazarının 5%-nə sahib olacağını proqnozlaşdırır. Azərbaycanda 40-dan yuxarı bankın, yəni olduqca böyük rəqabətin olmasını nəzərə alaraq, poçt sektorunun ümumi maliyyə xidmətləri bazarındakı payının məhz bu qədər təşkil etməsi artıq nailiyyət sayıla bilər. Lakin “Azərpoçt”un bir böyük üstünlüyü var - hətta ucqar kəndləri belə əhatə edən geniş xidmət şəbəkəsi, hansı ki, ümumi bankların filial şəbəkəsindən 2 dəfə daha böyükdür.
Aynur Vəliyeva
14/08/15 Çap et