Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ildə mobil reklamdan əldə olunan gəlir 64.8 faiz yüksəlib
“IAB”-ın yeni hesabatına əsasən, 2014-cü ildə mobil reklamdan əldə olunan gəlir 31,9 milyard dollara yaxınlaşıb ki, bu da əvvəlki illə müqayisədə 64,8 faiz daha yüksəkdir.
"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, hesabat dövründə media reklamı ilk dəfə axtarış reklam gəlirini ötərək 15,1 milyard dollar olub və mobil reklamdan əldə olunan ümumi gəlirin 47.4 faizini təşkil edib.
Axtarış reklamından əldə olunan gəlir 14,7 milyard dollar və ümumi gəlirin 46.1 faizini təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 55,2 faiz daha yüksəkdir.
Reklam mesajlarından əldə olunan gəlirin həcmi 13 faiz yüksəlib və mobil reklam gəlirinin 6,6 faizini təşkil edib.
Regionlara gəldikdə, mobil reklam gəlirinin 44.9 faizi Şimali Amerikanın payına düşür. Bu halda sözügedən regionda mobil gəlirin artım sürəti 76 faiz təşkil edib.
Asiya-Sakit okean regionu Avropanı ötüb. Belə ki, mobil reklam gəlirinin 16,6 faizi Asiya-Sakit okean regionunun payına düşür.
Emil Hüseynov
14/08/15 Çap et