Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hibrid planşet bazarının həcmi 5 il sonra iki dəfə artacaq


Hərçənd ki qlobal planşet bazarının həcmi azalır, “Strategy Analytics” şirkətinin ekspertləri planşet bazarında artım nümayiş etdirən bir kateqoriyanı ayırıblar. Bu, hibrid modellərdir, çıxarılıb taxılan ekran sayəsində həm planşet, həm noutbuk rejimində işləyir.
 
“Strategy Analytics”in qiymətləndirməsinə görə, beş il sonra qlobal hibrid planşetlər bazarının həcmi təxminən iki dəfə yüksələcək: belə modellərin tədarükü 91 faiz yüksələcək və 2019-cu ildə 22 milyon təşkil edəcək. Cari ildə bu göstərici 11.5 milyon səviyyəsində gözlənilir.
 
Planşet bazarındakı vəziyyəti detallı xarakterizə etmiş mütəxəssislər bildiriblər ki, cari ildə planşet bazarının həcmi 4 faiz azalacaq. Bu halda ənənəvi modellər kateqoriyasında azalma 8 faiz, hibrid seqmentində isə artım 393 faiz təşkil edəcək.
 
Analitiklər 2016-cı ildə planşet bazarında müsbət dinamikaya ümid edirlər: adi və hibrid planşet tədarükü müvafiq olaraq 6 və 42 faiz yüksəlməlidir. Dizayn sahəsində innovasiyalar və təkmilləşdirilmiş texnologiyalar artıma imkan yaradacaq. Mütəxəssislər bildiriblər ki, 2019-cu ildə hər iki bazar sabitləşməli, müvafiq olaraq 4 və 7 faiz artım tempi nümayiş etdirməlidir.
 
Emil Hüseynov
 




14/08/15    Çap et