Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərpoçt” bu ilin sonuna kimi bir sıra layihələri başa çatdırır
Hollandiyanın “Guidion” şirkəti Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un rebrendinqini bu ilin sonuna kimi başa çatdırmalıdır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnfrastrukturun inkişafı şöbəsi poçt sektorunun müdiri Novruz Məmmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, şirkət hazırda “Azərpoçt”un rebrendinq strategiyası üzərində tamamlama işləri aparır.
Qeyd edək ki, şirkət ötən ilin sonunda Dünya Bankının keçirdiyi müvafiq tenderin qalibi olub. Bu tender “SECO”-nun Azərbaycan hökumətinə ayırdığı qrant hesabına “Maliyyə xidmətlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilib.
Tender şərtlərinə əsasən, şirkətin “Azərpoçt” üçün hazırladığı marketinq strategiyası pilot layihə çərçivəsində Şirvanda tətbiq edilib. SECO-nun ayırdığı qrant vəsaiti hesabına həyata keçirilən digər layihə “Azərpoçt”un işçilərinin kadr potensialını artırmaq üçün treninqlər həyata keçirilməsini nəzərdə tutur və bu ilin sentyabr ayında layihənin icrası başa çatacaq.
Aynur Vəliyeva
14/08/15 Çap et