İcazələrin informasiya portalında 20 dövlət qurumunun 159 qanunvericilik aktı layihəsi yerləşdirilib
İndiyədək 20 dövlət qurumunun 159 qanunvericilik aktı layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında (
http://www.icazeler.gov.az) yerləşdirib.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, portalın xidmətlərindən iyul ayında 7200-dən çox, indiyədək isə 385 minə yaxın internet istifadəçisi faydalanıb.
Ötən ay portala yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Türkiyə, Rusiya, Polşa, Niderland, Çin, Almaniya, Fransa və Böyük Britaniyadan olan istifadəçilər də müraciət edib.
Xatırladaq ki, icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılıb.
CAHANGİR